Baba nəvələri ilə bir gündə evləndi

Baba nəvələri ilə bir gündə evləndi
  06 İyul 2013    Oxunub:1486
İraqda 92 yaşlı əkinçi baba nəvələri ilə eyni gündə özünə toy çaldırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samarrada bir kənddə əkinçiliklə məşğul olan 92 yaşındakı Musali Məhəmməd Əl Mucamay, özündən 70 yaş kiçik 22 yaşındakı qızla evlənib.

16 və 17 yaşlı iki nəvəsiylə birgə özünə toy çaldıran baba, özünü 20 yaşlarında gənc kimi hiss etdiyini deyir:

“Özümü 20 yaşında gənc kimi hiss edirəm. Çox xoşbəxtəm. Nəvələrimin toyu məndən öncə olacaqdı, amma təxirə salıb, eyni bir gündə toyumuzun olmasını istədim”.

Qeyd edək ki, 16 övlad sahibi olan babanın toyuna Samarranın tanınıb-seçilən adamları da qatılıb.



Teqlər:  





Xəbər lenti