Ermənistandan Naxçıvana yeni torpaq iddiası

Ermənistandan Naxçıvana yeni torpaq iddiası
  06 İyul 2013    Oxunub:1500
Bu dəfə işğalçı ölkənin baş prokuroru Naxçıvana qarşı ərazi iddiası səsləndirib
Bu dəfə Ermənistanın Baş prokuroru Azərbaycan və Türkiyədən torpaq tələb edib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, prokuror Avgan Ovsepyanın Türkiyə erməni kilsəsi, ərazilərini və sözdə itirdikləri torpaqları Ermənistana geri qaytarmalı olduqlarını iddia edib.

Qondarma erməni soyqırımının 100-cü il dönümü münasibətilə keçirilən forumda çıxış edən Baş prokuror Azərbaycandan yeni torpaq iddiasını da gizlətməyib: “Ermənistanın həm Türkiyə həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var. Bunun hüquqi çərçivədə həll olunması üçün Ermənistan tərəfi şikayət ərizəsi yazıb BMT-ə və Beynəlxalq Məhkəməyə təqdim olunmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti