Dənizçilərdən prezidentə dəstək

Dənizçilərdən prezidentə dəstək
  06 İyul 2013    Oxunub:1114
Azərbaycan dənizçiləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir
Bu gün Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ARDXDG) işçilərinin peşə bayramı münasibətilə təntənəli yığıncaq keçirilib.

Tədbirdə Azərbaycan dənizçiləri Prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə deyilir: "2013-cü il respublikamızda prezident seçkilərinin keçiriləcəyi ildir. Xalqımız Sizi alternativsiz lider kimi qəbul edir.
Biz dənizçilər gələcək seçkilərdə yalnız Sizə səs verəcəyimizi və daim bütün siyasətinizi dəstəkləyəcəyimizi əminliklə bəyan edirik.

Sizin rəhbərliyiniz altında gələcək uğurlarımızın sayının daha çox olacağına ürəkdən inanırıq və məqsədimiz də dövlət başçımızın etimadını doğrultmaq, vətənimizin iqtsadi qüdrətinin artırılması naminə əzmlə çalışmaqdır".


Teqlər:  





Xəbər lenti