39 nəfər ehtiyatsızlığın qurbanı oldu

39 nəfər ehtiyatsızlığın qurbanı oldu
  06 İyul 2013    Oxunub:1135
Kaliforniya ştatında Müstəqillik Günü münasibətilə təşkil olunan atəşfəşanlıq zamanı 39 nəfər xəsarət alıb.
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında Müstəqillik Günü münasibətilə təşkil olunan atəşfəşanlıq zamanı bədbəxt hadisə baş verib. Los-Ancelesdə şou zamanı pirotexnikanı saxlayan taxta dayağın aşması nəticəsində yanan fişənglər izdihamın üstünə tuşlanıb. Nəticədə 39 nəfərin xəsarət aldığı bildirilir. Onların əksəriyyəti müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, bəziləri isə yaranmış basırıqda əzilib.

4 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralılar arasında 12 uşaq da var.

Hadisə baş verərkən parkda 10 minə yaxın adam olub. Hazırda Los-Anceles polisi qəzanın baş vermə səbəblərini araşdırır.


Teqlər:





Xəbər lenti