Tovuza 2 milyon manat ayrıldı

Tovuza 2 milyon manat ayrıldı
  06 İyul 2013    Oxunub:1071
Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat vəsait ayrıldı
AzVision.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.


Teqlər:





Xəbər lenti