Misirli xanımın inqilab qeydləri

Misirli xanımın inqilab qeydləri
  08 İyul 2013    Oxunub:1693
Mune Abdul-ğani Zidan

Misirin Helvan Universitetinin müəlliməsi
Hazırda Üzeryir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Doktoranturada təhsil alır


Doğru yolu müəyyənləşdirən 30 iyun 2013 inqilabı

Allaha şükürlər olsun ki, 2013- cü ilin 30 iyun tarixində Misir xalqı bir daha öz dönməz iradəsini nümayiş etdirərək 25 yanvar 2011 inqilabi hərakatına düzəliş etdi.

Cox böyük təəssüf hissilə qeyd etmək istəyirəm ki, xarici ölkələrin mətbuatında, televiziya kanallarında və sosial şəbəkələrində Misirin müvəqqəti yeni prezidenti seçilən konstitusiya məhkəməsinin sədri Adli Mahmud Mansurun xristian dininə mənsub olması qeyd edilir. Lakin, bu, düzgün deyil. Misir İslam dövlətidir və onun əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. İstər müvəqqəti prezidentin, istərsə də qeyri bir başqasının qeyri müsəlman olması mümkün deyil. Elə ilk baxışdan da hiss olunur ki, o müsəlmandır : axı, onun atasının adı Mahmuddur. Habelə, xarici ölkələrin mətbuatında iddia olunur ki, Misir silahlı qüvvələrinin ali baş komandanı Yəhudi mənşəlidir. Lakin, bu, cəfəngiyyatdan başqa bir şey deyil.

Bu gün xarici mediyalarda yazılanlar yalan iddialardan, həqiqətin saxtalaşdırılmasından başqa bir şey deyil. Bunu edənlərin məqsədi isə Misir xalqının iradə və əzmkarlığına kölgə salmaq və onun haqq səsini boğmaqdır.

Biz Misir xalqı olaraq 30 iyun 2013-cü ildə Qahirənin bütün küçə və meydanlarına çıxaraq öz tələbimizi irəli sürduk və bəşər tarixində heç bir inqilabi hərakatda görünməyən 33 milyon insandan ibarət əzəmətli bir xalq hərakatı təşkil etdik. Biz küçə və meydanlara axışdıq ki, “Müsəlman qardaşları” və onlara məxsus Misir prezidentini Məhəmməd Mursinin hakimiyyətini devirək. Məhəmməd Mursi hakimiyyətə gələrkən vədlər verib and içmişdi ki, xalqın mənafeyini həmişə uca tutacaq. Lakin, bu vədlərin heç birini yerinə yetirmədi. Günlər ötdükcə aydın oldu ki, o, xalqının kiçik ehtiyaclarını belə yerinə yetirməkdə acizdir. Onun hakimiyyətdə olduğu müddətdə Misir xalqı böyük çətinliklərlə üzləşdi. Elektrik enerjisi və su verilişi, benzin və digər yanacaqla təchizatda böyük çətinliklər yaranması ilə yanaşı qiymətlər də böyük ölçüdə qalxdı. Qeyd edilən bu promlemləri həll etmək əvəzinə, hokumət xalqın üzləşdiyi çətin məişət durumuna laqeydlik nümayiş etdirdi.

Əksər önəmli sahələrdə rəhbərliyi ələ keçirən hakimiyyətin dayaq durduğu monopoliya xalqı istismar etdi. Biz gördük ki, Məhəmməd Mursi xalqın problemləri ilə maraqlanmır və bu istiqamətdə heç bir qərar qəbul etmir, əksinə öz ətrafında toplananların mənafeyinə xidmət edir və xalqın gündən – günə artan problemləri onu qətiyyəm maraqlandırmır.

O,qanunun aliliyi və onlara riayət olunması ilə bağli vədlərinə əməl etmədi və uğurunda günahsız şəhidlərin qanları axıdılan 25 yanvar inqilabının qarşıya qoyduğu heç bir hədəfi yerinə yetirmədi. Amma 25 yanvar inqilabı ölkənin xoş gələcəyi uğurunda mübarizədə şəhid olan neçə-neçə vətən övladlarının analarının gözünü yaşlı qoymuş, Misir ailələrinə günahsiz övlad itkisi nəsib etmışdi. Devirilmiş prezident və onun tərəfdarlari yalan vədlər verməklə yanaşı din adından da öz çirkin məqsədlərini ört–basdır etmək və nümayişçiləri qorxutmaq üşün istifadə etmışdi. İslam və digər dinlər bəşəriyyətə tərəqqi, əxlaqın saflaşmağı və həyatın özəyi olaraq bəxş edilib. Amma “Müsəlman qardaşları” bu gözəlliyə ləkə gətirməyə çalışaraq insanların düşüncələrindəki İslam əxlaqının gözəlliklərini və saflığını ləkələməyə cəhd etdilər.

Allaha şükürlər olsun! İslam ümmətində xeyir həmişə şər üzərində qələbə çalır. Bəli, əminliklə söyləmək olar ki, siyasətlə dinin bir arada olması tamamilə mümkündür. Allahın ən sadiq abidi olan Peyğəmbərimiz Məhəmməd(s) bütün bəşəriyyətə dahi siyasətçi, şücaətli rəhbər və uca Allaha sadiq olmağın nümunəsini göstərdi.

Peyğəmbərimizin həyat tərzi bütün bəşəriyyət üçün ən gözəl nümunədir. “Müsəlman qardaşlarının” problemi ondan ibarətdir ki, onlar din və ona münasibət yollarini dərk etməkdə çətinlik çəkirlər və hər şeyi digərlərinə məhəl qoymadan öz istəklərinə və mənafelərinə uyğun şəkildə çözürlər. Onlar din adından istifadə edərək öz istədiklərin edirlər, amma bu Allah qarşısında günahdan başqa bir şey deyildir.

Biz Misirdə baş verənləri hərbi çeviriliş hesab edərək bunu demokratiyaya və qanunlara qarşı inqilab adlandıran və beləliklə də, həqiqəti təhrif edən xarici mediyanı kəskin şəkildə rədd edərək bəyan edirik ki, Misir xalqı zülmə sədd cəkmək, demokratiya və həqiqətin bərqərar olması üçün ayaqdadır. Bu hərbi çeviriliş deyil, bu məhz, Misir xalqının özünün etdiyi bir inqilabdır. Ordunun sahibi xalqdır, ordu isə xalqın iradəsinə xidmət edir. Təbii ki, bu inqilabda xalqına, onun iradəsinə xidmət edən və xalqının vətəndaşlarını qoruyan ordunun cox böyük xidmələri oldu. Misirdə baş verənlər siyası prinsip və normaların reallaşmasının təzahürü olaraq hərbi çevirilişlə heç bir əlaqəsi olmayan qanunauyğun proseslərdir. Müxtəlif təbəqələrin milyonlarla nümayəndəsinin küçələrə axışmasi Misirdə baş verən inqilabın xalq inqilabı olmasına dələlət edir. Ordu bəyan etdi ki, o, ölkəni idarə etmir və bu işlərə müdaxilə etmək niyyətində deyil və yalnız vətəndaşları qorumaq, ölkədə əmin - amanlığın qorunmasına töhfə vermək onun məqsədidir. Ordu ancaq milyonlarla küçələrə çıxan misirlilərin səsinə səs verərək onların mənafeyinə xidmət edir. İndi hamını vətən naminə onun mənafeyi namınə birləşməyə çağırırıq. Kim ki, Vətənə daha sadiqdir, o bizim səsimizə səs verəcək.

Mən vətənimə sadiqliyimi və doğma ölkəm olan Misirə dərin məhəbbətimin təcəssümü olarq bu məlumatları sizlərə təqdim edərək bütün yalan və həqiqətdən uzaq iddialara sizlərin inanmamağınız üçün bu addımı atdım, məqsədim yalnız əsl həqiqəti bəyan etmək oldu. Bu gün Misir həqiqətləri təhrif edən xarici mediyanın hədəfindədir. Hər bir misirlinin borcudur ki, Misirdə baş verən hadisələrin həqiqi mahiyyətini bütün dünya ictimayyətinin düzgün anlaması üşün əlindən gələni əsirgəməsin. Biz xaricdə yaşayan misirlilər ölkəmizin həqiqətləri əks etdirən güzgüsü rolunu oynayırıq. Uca ALLAH olkəm və əziz Vətənim üçün xeyir olacaq hər şeyə yar olsun və yalançıların yalanlarını və nifrət edənlərin nifrətini faş etsin. AMİN!


Teqlər:





Xəbər lenti