Corc Buş: “Obama ilə danışmırıq”

Corc Buş: “Obama ilə danışmırıq”
  08 İyul 2013    Oxunub:1162
ABŞ keçmiş prezidentlərindən Corc Buş, sələfi, indiki dövlət başçısı Barak Obama ilə danışmadıqlarını söyləyib.
AzVision.az-ın məlumatına görə, ABC telekanalına müsahibəsində C. Buş deyib ki, Obama ilə sonuncu dəfə Tanzaniyada 1998-ci ildə ABŞ səfirliyinə hücum zamanı ölənlərin xatirəsinə həsr olunmuş proqramda bir araya gəliblər. O, Barak Obama ilə danışmama səbəbini belə izah edib: “O, çox məşğuldur ... mən isə təqaüdçüyəm”.

Ötən həftə Obama Afrikanın üç ölkəsinə diplomatik səfər edərkən Buş da ailəsi ilə birlikdə “xərçəng ilə mübarizə” adlı proqrama görə Afrikada olub. Obama ilə nə üçün danışmadığı barədə suala isə Buş zarafatyana cavab verib: “Mətbuat böyük baş ağrısıdır”.

Həyat yoldaşının zarafatının yanlış başa düşüləcəyindən narahat olan Laura Buş söhbətə müdaxilə edib: “Xeyr elə bir şey danışmayıblar”.

Buş prezident Obama ilə Afrikaya səfər haqqında söhbət etdiklərini söyləyib. O, ictimaiyyət arasında az-az rast gəlməsinə də aydınlıq gətirib: “Siyasəti tərk etmişəm. Xəbər mövzusu olmaq istəmirəm. Mən artıq siyasi arenada deyiləm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti