Nazirə ölüm cəzası verildi

Nazirə ölüm cəzası verildi
  08 İyul 2013    Oxunub:1349
Çin məhkəməsi keçmiş dəmiryol nazirinə ölüm cəzası verib.
Çinin keçmiş dəmiryol naziri Lyu Tsijun korrupsiyada və vəzifəsindən sui-istifadədə təqsirli bilinib. AzVision.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Lyu 25 il ərzində - 1986-cı ildən 2011-ci ilədək 10,53 milyon dollar mənimsəyib.

Müstəntiqlər bildiriblər ki, nazir bütün dəmiryol müqavilələrini rüşvət almaqla həyata keçirib.

2011-ci ilin fevralında Lyu intizam qaydalarını pozduğu üçün vəzifəsindən azad olunub və onun barəsində korrupsiya araşdırmasına başlanılıb. Keçmiş nazir həmçinin vəzifəsindən sui-istifadə edərək rüşvət almaqla insanlara karyera yüksəlişində köməklik göstərib.

AzVision.az


Teqlər:  





Xəbər lenti