Prezident ATƏT sədrini qəbul edib

Prezident ATƏT sədrini qəbul edib
  08 İyul 2013    Oxunub:1086
Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranı qəbul edib.
Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanla Ukrayna arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişafından məmnunluq da ifadə olunub.



Teqlər:  





Xəbər lenti