Seçkilərə görə ATƏT-dən müşahidəçilər dəvət olunacaq

Seçkilərə görə ATƏT-dən müşahidəçilər dəvət olunacaq
  08 İyul 2013    Oxunub:1297
“Dondurulmuş” münaqişələrin həlli Ukrayna üçün prioritetdir və Ukrayna ATƏT-ə sədrliyi dövründə bu münaqişələrin həllində pozitiv dinamikaya nail olmaq üçün bütün səyləri göstərəcək”.
Bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara deyib.
“Hər münaqişə nəticəsində çoxlu sayda insanın taleyi korlanmış olur və belə yaralar uzun müddət sağalmır. Ona görə də biz humanitar əlaqələrin, vətəndaş cəmiyyətlərinin inkişafını dəstəkləyirik. Hesab edirik ki, Azərbaycanın və Ermənistanın ictimai təşkilatları humanitar fəlakətin qarşısını almaq üçün bir-biri ilə daha çox təmas qura bilər”-deyə o bildirib.

Konfransda xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edərək bildirib ki, Azərbaycan oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün ATƏT müşahidəçilərini ölkəmizə dəvət edəcək.

O qeyd edib ki, qanunvericiliyə əsasən, bu kimi dəvətlər seçkilərə təxminən iki ay qalmış göndərilir.(apa)


Teqlər:  





Xəbər lenti