Kerrinin xanımının vəziyyəti ağırdır

Kerrinin xanımının vəziyyəti ağırdır
  08 İyul 2013    Oxunub:1433
ABŞ-ın dövlət katibi Con Kerrinin həyat yoldaşı Tereza Haynz Kerri xəstəxanaya yerləşdirilib.
İyulun 7-də Haynzın vəziyyəti qəflətən ağırlaşdığından o, Massaçusets xəstəxanasına çatdırılıb. AzVision.az USA Today-ə istinadən məlumat verir ki, xəstəxanadan bildirilib ki, həkimlərin müdaxiləsi ilə Haynzın vəziyyəti stabilləşib.

74 yaşlı Haynz Kerri 1995-ci ildə həmin dövrdə Massaçusets senatı olan Con Kerri ilə ailə qurub. Qeyd edək ki, bu xanım Kerrinin ikinci ailə həyatıdır. Onun birinci həyat yoldaşı Pensilvaniya senatoru Con Haynz olub. Haynz 1991-ci ildə helikopter qəzasında həlak olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti