Şeyxdən dindarlara xəbərdarlıq: “Ehtiyatlı olun”

Şeyxdən dindarlara xəbərdarlıq: “Ehtiyatlı olun”
  08 İyul 2013    Oxunub:1249
“Azərbaycana xarici təsirlər daha da artır, dindarlar bu məsələdə çox ehtiyatlı olmalıdırlar”.
Bu sözlərlə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda keçiriləcək seçkilərlə bağlı baş verə biləcək hər hansısa xoşagəlməz hadisə ilə əlaqədar dindarlara xəbərdarlıq edib.

Şeyxülislamın sözlərinə görə, Azərbaycanda dini müxtəliflik var, dini təriqətlər arasında çox yaxşı tolerantlıq mövcuddur. Amma bəzən dini təriqətlərimizə xarici təsirlər də olur. Xarici təsirlərə məruz qalan dini alimlərimiz də var:

“Nəzərə alsaq ki, bu il ölkədə prezident seçkiləri ilidir, siz dindarlar bu məsələdə ehtiyatlı olmalısınız. Elə edin ki, seçkilər ərəfəsində bizim dindarlarımızdan çirkin məqsədlər üçün istifadə edilməsin”-deyə o vurğulayıb.

Fatimə


Teqlər:  





Xəbər lenti