Prezident İlham Əliyev “İlin dövlət başçısı” oldu

Prezident İlham Əliyev “İlin dövlət başçısı” oldu
  08 İyul 2013    Oxunub:1496
Azərbaycan Prezidentinin bu ada namizədliyi dünyanın 50 universitetini təmsil edən gənclər arasında keçirilən səsvermədə qalib gəlib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuldakı Beynəlxalq Katibliyindən verilən məlumata görə, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənci arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında “İlin Dövlət Başçısı” seçilib.

Bu barədə qərar 6 iyul 2013-ci il tarixində DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin Sammitinin bağlanış mərasimində elan edilib.

ƏT-ə üzv 40 ölkədən 50-dən çox universitet təmsilçisinin iştirakı ilə keçirilən “İƏT Modeli Summitində” gənclər arasında keçirilən sorğunun nəticələrinə görə, İƏT coğrafiyasında “İlin dövlət başçısı” ilə yanaşı “İlin xarici işlər naziri”, “İlin gənclər dostu”, “İlin Müsəlman məşhuru”, “İlin müsəlman alimi”, “İlin müsəlman qadını” və s. nominasiyalar üzrə qaliblər elan edilib.

“İlin dövlət başçısı” nominasıyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sıralarından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, İƏT üzv ölkələrinin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib

Azərbaycan Prezidenti İlham Əliyev bu nominasiyanın qalibi olub.

Qeyd edək ki, Üçüncü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin “İlin dövlət başçısı” mükafatının modelin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə təqdim edilməsi nəzərdə tutulur.




Teqlər:  





Xəbər lenti