`İbrahimbəyov siyasətə qisas almaq üçün gəlir`

`İbrahimbəyov siyasətə qisas almaq üçün gəlir`
  09 İyul 2013    Oxunub:1542
“Milli Şura ölü doğulmuş uşaqdır. O, ayaq tutub gəzə bilməyəcək. Milli Şuraya daxil olan, özünü `siyasətçi` adlandıran və uzun illər Azərbaycan siyasətində `mən də varam` deyən insanlar gözəl bilirlər ki, bunların xalq arasında heç bir nüfuzu yoxdur və ona görə də, siyasətdə naşı bir adamı önə verib, onun arxsında gizləndilər. Rüstəm İbrahimbəyov gözəl kinodramaturq, yaxşı rejissordur. Amma bu insan nə vətəndaş kimi formalaşıb, nə də ki, siyasətçidir. Çünki Azərbyacan xalqının ağrılı-acılı günlərində biz Müslüm Maqomayev, Rəşid Behbudov, Eldar Quliyev, Oktay Mirqasımovun səslərini eşitdik. Amma Rüstəm İbrahimbəyov səsini çıxartmadı”.

Bunu AzVision.az saytına Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Milli Şuranın vahid namziədi Rüstəm İbrahimbəyovun siaysi çıxışlarını şərh edərkən deyib. Partiya sədri bildirib ki, Rüstəm İbrahimbəyov siyasətə şəxsi ambisiyaları naminə intiqam almaq məqsədi ilə gəlib:

- O, siyasət aləminə acıqca gəlib. Onun əlindən torpağını alıblar. Rüstəm İbrahimbəyov da hirslənib, dünyaya küsüb, müharibə elan edib. Amma hirsli başda ağıl olmaz. Belə bir şəxsiyyət Azərbaycan xalqına heç nə verə bilməz. Çünki onu xalq maraqlandırmır, şəxsi ambisiyaları naminə hakimiyyətə gəlmək istəyir.

A.Əlizadə eyni zamanda Milli Şuraya ikinci namizəd kimi Müsavat Partiyasının başqanı, İsa Qəmbərin prezidentliyə namizəd olacağını hesab edir:

- İkinci şəxs kimi isə İsa Qəmbər ola bilər. Amma onun o zaman necə parlamentin sədri seçilməsi də hamının yadındır. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldilər və Yaqub Məmmədovu zorla hakimiyyətdən uzaqlaşdırdılar. Bu insanlar heç vaxt Azərbayacan xalqına xidmət etməyiblər. Hətta belə bir şeyi də yada salmaq istəyirəm ki, parlamentdə İsa Qəmbərə səs vermək istəmədikdə Arif Hacıyev çıxıb demişdi ki, başa düşün, biz 8 dövlətin razılığı ilə hakimiyyətə gəlmişik. Bunlar xalqı düşnmürlər. Gözləyirlər ki, kimsə xaricdən gəlib onların arxaların da dursun və onları hakimiyyətə gətirsin. Bunlar da Azərbayan xalqını 1992-1993 illər ərzində necə talamışdılarsa, o cür də talasınlar. Xarici qüvvələrin köməyilə hakimiyyətə gələn insan obrazı dedikdə yenicə hakimiyyətdən qovulan Məhəmməd Mursi yada düşür. Misir xalqı da ayağa qalxdı və ”Müsəlman qardaşları”nı hakimiyyətdən kənarlaşdırdı. Onlar isə hakimiyyətdən getmək istəmirdilər və xalqın qanını tökmək istəyirdilər. Azərbaycanda da vaxtı ilə Əbülfəz Əliyevi vəzifədən kənarlaşdırıb hakimiyyətinə son qoydular. Onlar da eynən AXC vaxtında Azərbaycanda xalqın qanınını töküb, hakimiyyətdə qalmaq istəyirdilər “.

Partiya sədri həmçinin avqustun 2-də `vahid namizəd`in Azərbaycana gəlişinə də münasibət bildirib: “Rüstəm İbrahimbəyovun gəlişi `Qurbanəli bəy`dəki “naçalnik”in gəlişinə bənzəyir. Gəlir gəlsin, gəlmir gəlməsin. Və onu da deyim ki, Rüstəm Azərbaycana gələrsə, onsuz da ona heç nə olmayacaq. O, özünə indi əzabkeş imici yaratmaq istəyir. Düşünür ki, Azərbaycana getsəm məni tutarlar və s. Azərbaycanda tutulanları da konkret cinayətə görə tuturlar. Prezdentliyə namizəd olduğuna görə yox.”

Siyasətçi 2013-cü ildə partiyasının prezident seçkilərində iştirakı məsələsinə də aydınlıq gətirb: “Bizim partiyamızın qərarı var ki, mütləq prezident seçkilərində namizədimizi seçməliyik. İstisna etmirəm ki, partiyanın namizədi mən olacam. Lakin bunu mərkəzi komitənin pleniumu həll edir. Əgər vətəndaşlar mənə etimad göstərsələr, mən prezident seçkilərində iştirak edəcəyəm ki, baxım görüm, necə nəticə əldə edirəm”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti