Lütfi Zadə beynəlxalq mükafata layiq görüldü

 Lütfi Zadə beynəlxalq mükafata layiq görüldü
  09 İyul 2013    Oxunub:1213
Azərbaycanlı dünya şöhrətli alim Lütfi Zadə daha bir beynəlxalq müdakafata layiq görülüb.
İspaniyanın BBVA fondunun təsis etdiyi mükafatlar paytaxt Madriddə yeni sahiblərinə təqdim olunub. İnformasiya və telekommunikasiya texnologiyası sahəsində fəxri adı 91 yaşlı alim Lütfi Zadə qazanıb.

Fonddan verilə açıqlamada bildirilir ki, Lütfi Zadənin kəşf etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi dünyada texnologiyanın inkişafında yeni bir cığır açıb. Son yarım əsrdir, ABŞ və Yaponiya kimi texnologiyanın ən çox inkişaf etdiyi ölkələrdə qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan patentlərin sayı 50 mini ötüb. Məhz qeyri-səlis məntiq nəzəriyyəsi ilə klassik məntiqlə real dünya arasında körpü yaratmaq mümkündür.

Bu uğurlu kəşfinə görə Lütfi Zadə 400 min avroluq mükafata da sahib olub. Təqdimetmə mərasimində çıxış edən Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin hələ bundan sonra da çox işə yarayacağından əmin olduğunu bildirib.


Teqlər:





Xəbər lenti