Misirdə yeni Konstitusiya bəyannaməsi qəbul edilib

Misirdə yeni Konstitusiya bəyannaməsi qəbul edilib
  09 İyul 2013    Oxunub:1413
Ölkənin müxəlif şəhərlərində Mursi tərəfdfarlarının etirazları səngimir
Misirin müvəqqəti prezidenti Ədli Mənsur yeni Konstitusiya bəyannaməsinin qəbulu barədə fərman imzalayıb. Sənədin mətni 33 maddədən ibarətdir. Sənədə əsasən, ölkənin yeni əsas qanununu hazırlamaq üçün iki həftə ərzində Konstitusiya assambleyası çağırılmalı və 6 ay ərzində prezident seçkiləri keçirilməlidir.

Bu, 2011-ci ilin yanvarında prezident Hüsni Mübarək devrildikdən sonra qəbul edilən üçüncü Konstitusiya bəyannaməsidir.

Bu arada paytaxt Qahirənin Adeviyə meydanında toplanan yüzminlərlə Məhəmməd Mursi tərəfdarı ötən gün iğtişaşlarda ölənlər üçün qiyabi cənazə namazı qılıb. Meydana Misir bayraqlarına brünümüş tabutlar gətirilib. Ümumiyyətlə Mursi tərəfdarları ölkənin müxtəlif şəhərlərində küçələrdə toplaşaraq etirazlarını davam etdirirlər.

Misir ordusu və polisi isə respublika qvardiyasının baş qərərgahı qarşısında ötən gün 55 nəfərin ölümü ilə nəticələnən qətliamla bağlı birgə mətbuat konfransı keçirib və qətliama görə ordunun deyil silahlı qrupların məsuliyyət daşıdığını bildirilib.

Müsəlman qardaşları hərəkatının nümayəndələrinin sözlərinə görə, bəzi Misir əsgərləri ölkədə sübh namazı qılanlara atəş açmaq barədə verilən əmrə riayət etmədikləri üçün komandirləri tərəfindən güllələnib.

AzVision.az


Teqlər:





Xəbər lenti