“Şahdağ”a turist axını azalıb

“Şahdağ”a turist axını azalıb
  09 İyul 2013    Oxunub:2188
“Şahdağ” qış-yay turizm kompleksində yay aylarında turistlərin sayında azalma müşahidə olunub.
““Şahdağ” qış-yay turizm kompleksində yay aylarında turistlərin sayı azalıb”. AzVision.az-a açıqlamasında bu sözləri, kompeksin tərkibində fəaliyyət göstərən “Zirvə” otelindən məlumat veriblər. Bildiriblər ki, yay mövsümü başlayandan xizək sürmək üçün otelə gələn vətəndaşların sayında azalma var: “Bizdə PİG way, motosikl, paintball, velosiped oyunları var və onlar bu saat işləyir. Amma otel hələki işləmir”.

Oteldən verilən məlumata görə, xizək sürmək üçün qış aylarında daha çox müraciət var idi. “Mövsüm aylarında sürüşmək üçün gələnlər daha çox idi. Otel dolu olurdu, indi isə boşdur”.

Qeyd edək ki, 2006-cı ildən Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksinin yaradılması üzrə işlər aparılır. “Şahdağ” Qış-Yay Turizm Kompleksi tikintisinin 1-ci fazası üzrə işlərin əsas həcminin bitməsi ilə əlaqədar 20 dekabr 2012-ci il tarixində bir sıra obyektlərin açılışı oldu. Kompleksdə “Zirvə” Otel və balaca apart “Qaya” Otel açılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti