BAXCP yetkilisindən Moldova ombudsmanına jest

BAXCP yetkilisindən Moldova ombudsmanına jest
  09 İyul 2013    Oxunub:1527
Azərbaycanın ən böyük facebook qrupu olan "Niyaməddin Orduxanlı" qrupu artıq 250 000 keçib. BAXCP sədrinin müavini və qrupun rəhbəri Niyaməddin Orduxanlının sözlərinə görə, qrup hazırda 251 000 üzvü birləşdirir:
- Çox qısa müddətdə bu uğuru əldə etdik. Qrupda təmsil olunan şəxslərinin əksəriyyəti gənclərdir. Bu gün azərbaycan gənclərinin böyük əksəriyyəti sosiallaşıb. Çox aktiv formada qrupda fəaliyyət göstərirlər. Bütün qrup üzvlərinə də eyni hüququ vermişəm. Hər kəs status, istənilən məsələyə öz rəyini yaza bilir. Etik qaydaları pozan şəxsləri isə dərhal xəbərdarlıq edilmədən qrupdan kənarlaşdırıram.

Onun sözlərinə görə, qrupda əsasən siyasi, iqtisadi, mədəni və sosial yönümlü müzakirələr gedir: “Bu gün facebook geniş təblığat vasitəsidir. Şəxsən mən BAXCP təmsilçisi kimi partiyanın acıqlamasını, veridyi bəyanatı qrupda yayıram. Digər partiyalar da öz təblığatlarını aparırlar. YAP təmsilçiləri də prezident İlham Əliyevin təblığatını aparırlar. Prezidentin keçiridyi görüşləri , veridyi müsahibələri qrupda yayırlar. Bəzən sayt rəhbərləri də inofmasiyalarını qrupda yayılmasında maraqlı olurlar. Nəzərə alın ki, həmin xəbəri annındaca 251 000 insanın profilində görünür".

BAXCP sədrinin müavinin veridhyi məlumata görə, qrupu böyüdülməsi işi yenə də davam edəcək: "Gün ərzində qrupa qoşulmaq istəyənlərin sayı xeyli çox olur. Qrupun böyüdülməsi istiqamətində isə yene də gənclər fəaliyyət göstərəcək. İstəyirəm ki, qrup üzvlərinin sayı ən azı 400 000 keçmiş olsun. Qrup üzvləri arasında Milli Məclisinin deputatları hörmətli Azay Quliyev, Aydın Mirzəzadə, Adil Əliyev, Fazil Qəzənfəroğlu, Qənirə Paşayeva , Sevinc Fətəliyeva, Zahid Oruc, Musa Urud, Etibar Hüseyn və ölkənin tanınmış QHT sədrləri , incəsənət və mədəniyyət xadimləri, siyasi partiya rəhbərləri də var”.

Orduxanlı deyir ki, dünən qrupda Moldavanın Obusmanı Aurelia Griqoriunu üzv edib və onunla bağlı qrup admini kimi status yazıb: "Öncə xanım Aurelia xanıma dostluq göndərdim və o da dərhal dostluq təklifimi qəbul etdi. Bundan sonra mən xanımı qrupa əlavə etdim. Qrupda xanımla bağlı geniş təşəkkür statusu yazdım. Bunu bir mənəvi borc bildim. İstəyirəm ki, xanım Aurelia Griqoriu görsün ki, Azərbaycan xalqının bütün təbəqələri onun Ermənistanda tutduğu cəsarətli mövqeyinə görə təşəkkürünü bildirir. Xanıma həmçinin yazdım ki, həmin hadisə ilə bağlı BAXCP İdarə Heyətinin qərarı da olub".


Teqlər:





Xəbər lenti