Ağstafaya 2 milyon manat ayrılıb

Ağstafaya 2 milyon manat ayrılıb
  09 İyul 2013    Oxunub:1126
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağstafa şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti