İran Qarabağın həllinə vasitəçilik etmək istəyir

İran Qarabağın həllinə vasitəçilik etmək istəyir
  09 İyul 2013    Oxunub:1250
İran yenidən Dağlıq Qarabağ probleminin həllinə vasitəçilik etməkdə maraqlıdır
Əgər münaqişə tərəfləri istəyərlərsə, İran Dağlıq Qarabağ probleminin həllində vasitəçilik etməyə və problemin həllinə yardım etməyə hazırdır. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Əraqçi bildirib ki, Qarabağ münaqişəsi sülh və danışıqlar yolu ilə həll olunmalıdır: "Münaqişə tərəfləri hələlik Qarabağ münaqişəsinin həllində Minsk Qrupu vasitəsi ilə həllində maraqlıdırlar, lakin Azərbaycan və Ermənistan istəyərsə, biz də bu məsələninin həllinə yardım etməyə hazırıq".

Əraqçi Azərbaycanda keçiriləcək prezident seçkiləri haqda soruşulan sualın cavabında bildirib ki, prezident seçkilərinin keçirilməsi Azərbaycanın daxili işidir və ümid edirik ki, bu seçkilər Azərbaycan xalqının istəyi əsasında və müvəffəqiyyətlə keçiriləcək.

Əraqçi deyib ki, İran və Azərbaycan iki dost və qardaş ölkədirlər və iki ölkə arasında tarixi, siyasi, mədəni və iqtisadi bağlılıqlar mövcuddur.


Teqlər:





Xəbər lenti