“Taliban” nümayəndəliyini bağladı

“Taliban” nümayəndəliyini bağladı
  10 İyul 2013    Oxunub:1213
“Taliban” islam hərəkatı Qətərdəki nümayəndəliyini bağlayıb.
AzVision.az məlumat verir ki, binada Əfqanıstandakı vəziyyətin sülh yolu ilə nizama salınması barədə danışıqların keçirilməsi planlaşdırılırdı. Bu barədə məlumatı ABŞ-ın CBS telekanalı bildirib.

ABŞ-ın “Əfqanıstan İslam əmirliyi” yazısı olan lövhəciyi nümayəndəliyin binasından götürməyi tələb etdiyi üçün taliblər bu qərara gəliblər. Telekanalın bildirdiyinə görə, taliblərin bu cür etiraz aktı müvəqqəti sürəcək və tezliklə nümayəndəlik işini bərpa edəcək.

Əfqanıstan prezidenti Həmid Karzai taliblərin qara ərəb yazısı olan - Əfqanıstan İslam əmirliyinin ağ bayrağını binanın üzərindən götürdükləri üçün onları tənqid edib. Amerika və rəsmi əfqan hökumətinin sözlərinə görə, taliblərlə danışıq formatı yalnız “Taliban” hərəkatının siyasi bölməsi” kimi terminlərdən istifadə etməyə imkan verir.

Qətərdə keçirilməsi planlaşdırılan Əfqanıstandakı vəziyyətin sülh yolu ilə nizamlanması haqqında danışıqlar barəsində məlumat 2013-cü ilin iyun ayının ortasında məlum idi. Danışıqlar NATO-nun əsas kontingentini 2014-cü ildə Əfqanıstandan çıxarmasından sonra baş verənlər barədə olacaq. Ehtimala görə, əfqan ordusu müstəqil şəkildə təhlükəsizliyi təmin etməyi bacarmayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti