AMEA prezidenti maaşların azlığından danışdı

AMEA prezidenti maaşların azlığından danışdı
  10 İyul 2013    Oxunub:1588
“Akademiyada işləyənlərin sayı olduqca çoxdur, ancaq elmlə məşğul olanların sayı çox deyil”.
AzVİsion.az-ın məluamtına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlərin bu gün keçirilən yığıncağında deyib. O, konkret hansı institutlarda belə olduğunu deməsə də bu mövzuda müzakirələrin aparılacağını deyib.

Alimlərin məvacibindən danışan Akif Əlizadə bildirib ki, ancaq bir istiqamətdə düşünmək olmaz: “Bu gün əmək haqqının az olması elmimizin əsas problemlərindəndir. Akademiyada on min adam işləyir. Maaşı 20 faiz artıraq, bununla sizin yaranız düzəlir? Bizdən maaş artırmaqla yanaşı, fəaliyyət, elmin inkişafi, akademiyanın imicinin qaldırılması da tələb olunur. Ancaq bir istiqamətdə düşünsək elmimizin səviyyəsini qaldıra bilməyəcəyik. Bir neçə kritreriya var ki, onlara bərabər baxılmalıdır. Düşünürəm ki, AMEA-nın İnstitutlarında islahatlar aparılmaqla, əmək haqqı məsələsi də həlini tapacaq”.

AMEA-nın prezidenti gənc alimlər üçün mənzil tikilməsi təklifinə də münasibət bildirib. O vurğulayıb ki, bu, olduqca vacib sosial problemdir: “Xüsusən də gənc alimlər üçün. Mənim prezidentlə görüşüm oldu, həmin görüşdə qaldırdığım məsələlərdən biri də gənc alimlərin mənzil problemi idi. Prezident bunu yüksək səviyyədə qəbul etdi və dedi ki, akademiyanın özündə binalar tikilməlidir və akademiyaya məxsus torpaqlarda bir-iki bina inşa oluna bilər. Rəyasət Heyəti bu istiqamətdə işlərini davam etdirir və lazımi addımlar atılacaq”.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti