Xalq yazıçısı torpağa tapşırıldı

Xalq yazıçısı torpağa tapşırıldı
  10 İyul 2013    Oxunub:1299
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Xalq şairi Nəriman Həsənzadə, Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla, millət vəkili Rafael Hüseynov və digərləri çıxış edərək, yazıçının həyat və yaradıcılığına nəzər salıblar.

Mərhumun oğlu Toğrul Abdullayev ailəsi adından vida mərasiminə qatılanlara minnətdarlığını bildirib.

Xalq yazıçısı II Fəxri Xiyabanda dəfn edilib.

Xatırladaq ki, Gülhüseyn Hüseynoğlu dünən 90 yaşında dünyasını dəyişib.


Teqlər:  





Xəbər lenti