Dünyada korrupsiya artıb – VİDEO
“Transparency International”in icraçı direktoru Robert Barrinqton bildirib ki, sorğuya cəlb olunan bir sıra ölkələrdə hər dörd insandan üçü keçən il rüşvət verdiyini etiraf edib.
Qeyd edək ki, sorğuda 107 ölkədən 114 min insan iştirak edib. Respondentlərin yarıdan çoxu söyləyib ki, son iki ildə korrupsiya və rüşvətxorluq daha da çoxalıb. Barrinqton çıxış yolunu yeni islahatlarda gördüyünü bildirib. Onun sözlərinə görə, keçmiş sorğularla müqayisədə korrupsiya ilə mübarizədə Gürcüstan və Rvanda ölkələrində irəliləyiş müşahidə olunur.
AzVision.az