SOCAR-dan 95 nəfər kənarlaşdırılıb

SOCAR-dan 95 nəfər kənarlaşdırılıb
  10 İyul 2013    Oxunub:1461
Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulunun birinci mərhələsi başa çatıb.
ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) nəzdində fəaliyyət göstərən Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) iyunun 21-dən şagird qəbulu elan edilmiş və iyulun 8-də müraciət başa çatıb.
AzVision.az xəbər verir ki, müsabiqənin I turunda müraciət edən namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğun gəlməsi yoxlanılıb. Müsabiqədə iştirak etmək üçün 462 nəfər müraciət etmiş və onlardan 367 nəfəri növbəti mərhələyə buraxılmışdır. 95 iddaçı müsabiqənin şərtlərinə cavab vermədiyi üçün kənarlaşdırılıb.

STTM-ə 7 ixtisas üzrə cəmi 85 nəfər şagird qəbul edilməsi nəzərdə tutulub. İyulun 11-də STTM-ə şagird qəbulu müsabiqəsinin II turu - müsahibələr keçiriləcək.


Teqlər:  





Xəbər lenti