İlham Əliyev jurnalistin müalicəsini öz üzərinə götürüb

İlham Əliyev jurnalistin müalicəsini öz üzərinə götürüb
  11 İyul 2013    Oxunub:1139
Prezident jurnalist Nicat Dağların müalicəsinə yardım göstərilməsi üçün göstəriş verib
Azvision.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev jurnalist Nicat Dağların ağır xəstəliyinin müalicə edilməsinə yardım göstərilməsi üçün göstəriş verib.

Jurnalistin durumu ilə bağlı vəziyyət barədə məlumat alan kimi ölkə başçısı xəstənin müalicəsinin nəzarətə götürülməsi və problemlərin həlli üçün tapşırıq verib.

Qeyd edək ki, həmkarları Nicat Dağların müalicəsi üçün dünən prezidentə müraciət etmişdilər. Həmçinin bu gün jurnalistlər onun müalicəsi üçün bank hesabı açıblar.


Teqlər:  





Xəbər lenti