`Jurnalistlər zamanında ən hörmətli adamlar idi`

`Jurnalistlər zamanında ən hörmətli adamlar idi`
  11 İyul 2013    Oxunub:1210
5 il bundan qabaq jurnalistlərimizlərin çoxu məclislərdə jurnalistəm deməyə bəzən çəkinib utanırdılar. Bilirsiniz niyə? Çünki jurnalistlər hörmət, izzət yeri qoymamışdı.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov jurnalistlərin VI qurultayında deyib. Ə. Həsənov qurultayda jurnalistlərə verilən evlərdən də danışıb. O, bildirib ki, 22 iyulda jurnalistlər üçün evlər paylanacaq:

“Bir dənə də olsun reket jurnalist o siyahıya düşməyib, düşə də bilməz. Çünki biz Mətbuat Şurasının nüfuzunu qorumalıyıq. Mətbuat Şurasının təqdimatında olmayan bir jurnalist belə ev almayacaq.

PA rəsmisi vurğulayıb ki, əlbəttə, hər qəzet 3 nəfərin namizədliyini verib, ola bilsin biz bu mərhələdə eyni qəzetin üçün jurnalistinə ev verə bilməyəcəyik: “Burada da bir növbəlilik var. Amma ən çox ehtiyacı, haqqı, xidməti olan jurnalistlər növbəlilik əsasında evlə təmin olunacaqlar. Ev almaq dövlətə, dövlətçiliyə, peşəyə məsuliyyətli yanaşmaqdan başqa heç bir digər öhdəlik qoymur. Ev verdiyimiz heç bir jurnalistdən tələb etməyəcəyik ki, ancaq İlham Əliyevin tərifləyin, müxalifəti pisləyin. Jurnalistlik missiyasını sizə biz verməmişik, biz də müəyyən etmirik. Bu missiya tarix boyu formalaşıb, jurnalistin qələminin qiymətləndirilməsinin meyarı ictimai maraqdır, ictimaiyyətin rəyidir, bu günkü cəmiyyətin qəbul etdiyi nümunələrdir. Bu nümunələr əsasında fəaliyyətinizi necə davam etdirirsinizsə, eləcə də etdirin”.-deyə o vurğulayıb.

Mətbuat Şurasını dəstəkləmək, seçkili orqanınıza hörmətlə yanaşmaq hakimiyyət olaraq bizim borcumuzdur-deyən Ə. Həsənov bildirib ki, biz bunu həyata keçirəcəyik.

“Reket jurnalistikanın axırına çıxmaq həm də sizə lazımdır ona görə ki sayğılı, hörmətli insanlar kimi cəmiyyətdə başı dik gəzəsiniz. İnanın, 5 il bundan qabaq jurnalistlərimizləri çoxu məclislərdə jurnalistəm deməyə bəzən çəkinib utanırdılar. Bilirisiniz niyə? Çünki jurnalistlər hörmət, izzət yeri qoymamışdı. Jekindən tutmuş kiçik polikinikasından tutmuş, bərbərxanaya qədər hamısına müdaxilə edib onları təhdid etmişdilər. Hara gedirdin, jurnalist deyən kimi deyirdilər denən burda yoxdur. Zamanında jurnalist belə olmalıyıb axı, ən hörmətli adamlar idi. Biz buna yaxınlaşırıq. Mətbuat Şurasının dəstəyinə ehtiyacı var. Hər şey jurnalistlərdən asılıdır. Qurultayın qəbul edəcəyi qərarların hamısının həyata keçməsi üçün hakimiyyət tərəfindən nə lazımdırsa prezident İlham Əliyevin iradəsini ifadə edərək sizə çatdırıam biz o dəsətyi verəcəyik. Sizdən hərəkət bizdən bərəkət, əlbəttə bizdən yox, Allahdan”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti