Parlamentdə makiyaj davası

Parlamentdə makiyaj davası
  11 İyul 2013    Oxunub:1087
İsrail parlamentində qadın millət vəkillərinin makiyaj otağı tələb etməsi gərginliyə gətirib çıxarıb.
AzVision.az-ın məlumatına görə, İsrail Knessetinin son seçimlərdəki “Yesh Atid” partiyasının qadın deputatı Ruf Kalderon parlamentdə makiyaj edə bilməsi üçün xüsusi makiyaj otağı tələb edib. Qeyd edək ki, Kalderonun bu istəyinə kişi deputatlar deyil, əksinə həmcinsləri reaksiya göstərib.

“Likut” partiyasının millət vəkili Miri Reqev Kalderonun tələbinə sərt cavab verib. O, “bura parlamentdir moda evi deyil, biz isə maneken deyilik” – söyləyərək belə bir tələbin reallaşa bilməyəcəyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti