Qobustanda Sosial Adaptasiya Mərkəzi inşa olunacaq

Qobustanda Sosial Adaptasiya Mərkəzi inşa olunacaq
  11 İyul 2013    Oxunub:1401
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsidən AzVision.az-a verilən məlumata görə, Qobustan rayonunda Sosial Adaptasiya Mərkəzi inşa olunacaq.
Sosial cəhətdən həssas qrupların daha dolğun şəkildə reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütərəqqi beynəlxalq təcrübəyə istinad edilməklə yeni sosial layihələrə xüsusi önəm verilir.
Bu məqsədlə nazirliyin sifarişi əsasında yaxın günlərdə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işlərinə başlanacaq. Mərkəz qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və onların sosial adaptasiyası ilə bağlı digər işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində və öz səlahiyyətləri daxilində təmin edəcək.
Qeyd edək ki, hazırda digər yeni sosial layihələr kimi, Bakı şəhəri, Sabunçu rayonunda Gözdən əlillər üçün tədris bərpa mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün hər biri 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa edilir.

AzVision.az






Teqlər:  





Xəbər lenti