Təcridxanalara qanunsuz əşyaların keçirilməsinin qarşısı alınıb

Təcridxanalara qanunsuz əşyaların keçirilməsinin qarşısı alınıb
  12 İyul 2013    Oxunub:1435
Penitensiar xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, iyulun 10-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yaşar Əlibala oğlu Kərimovun yanına qısa müddətli görüşə gəlmiş oğlu Əli İslam Yaşar oğlu Kərimovun gətirdiyi sovqata baxış keçirilən zaman 2 (iki) ədəd “Bonaqua” markalı plastik su qablarının içərisində spirtli içki aşkar edilərək götürülüb.

İyulun 10-da həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 66.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Reyhun Etibar oğlu Məmmədovun müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilərkən ona məxsus çantanın gizli saxlanc yerindən 6 (altı) ədəd “Nokia” markalı mobil telefon aparatları, 2 (iki) ədəd elektrik qidalandırıcısı, 1 (bir) ədəd elektrik qidalandırıcısının kəsilmiş hissəsi və 1 (bir) ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1953-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Gəncəli Ağakişi oğlu Allahverənovun yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı vətəndaş Elmira Rüstəm qızı Allahverənovanın əl çantasına baxış keçirilən zaman 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 (bir) ədəd “Cin” nömrə kartı aşkar edilərək götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti