Fransız deputat Qarabağla bağlı “hərəkətə keçdi”

Fransız deputat Qarabağla bağlı “hərəkətə keçdi”
  12 İyul 2013    Oxunub:1252
“Qarabağın müstəqilliyinin tanınması məsələsindən başlamaq lazımdır”
“Qarabağ münaqişəsini görməzlikdən gəlmək olmaz, onu ölkə xaricinə çıxarmaq lazımdır”. AzVison.az-ın məlumatına görə, bu sözləri fransız deputat, qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin müəllifi Valeria Boyer “Azad Or” qəzetinə deyib.

Onun sözlərinə görə, ölkənin izolyasiyadan çıxarılması üçün İrəvan və Stepanakert arasında “ünsiyyət körpüsü” qurulmalıdır: “Ermənistan və Qarabağ siyasi və diplomatik mühasirədən kənara çıxmalıdır. Bu istiqamətdə müxtəlif təşəbbüslər var və bunlardan birini seçmək lazım gələrsə, mən beynəlxalq ictimaiyyətin Qarabağın müstəqilliyinin tanınması məsələsindən başlayardım”.

Boyer bildirib ki, fransızlar və avropalıların 99 faizi Qarabağ problemindən xəbərdar deyil.

Deputat söyləyib ki, ictimaiyyət Qarabağ probleminə qarşı laqeyddir, çünki Qarabağın nefti yoxdur: “Qarabağın neft və dolları olmadığından geniş bir lobbi fəaliyyətinə başlamalı və təcili Qarabağ problemləri ilə məşğul olmaq lazımdır”.

Fransız deputat qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulunun Qarabağın tanınması məsələsi ilə əlaqəli olduğunu vurğulayıb: “ABŞ-ın erməni soyqırımını tanıması istiqamətində səylərə davam etmək lazımdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti