Avropa Parlamenti seçkilərə nəzarət etməyəcək

Avropa Parlamenti  seçkilərə nəzarət etməyəcək
  12 İyul 2013    Oxunub:1310
“Avropa Parlamenti ölkə müstəqilliyi tarixində vacib anlardan hesab olunan seçkilərdə nəzarətə ehtiyac duyan ölkələrin siyahısından Azərbaycanı çıxarmaq barədə qərar qəbul edib.”
Bu barədə Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.

E. Süleymanovun sözlərinə görə, Avropa Parlamenti üç dəfə - 2005, 2008 və 2010-cu illərdə Azərbaycandakı seçkilərə nəzarət üçün öz nümayəndələrini göndərib və onlar hər üç seçki ilə bağlı hesabatları müsbət olub.

E. Süleymanov bildirib ki, Avropa Parlamentinin bu qərarı Avropada yeni demokratik Azərbaycan obrazı yaradır: “Qeyd edək ki, Avropa Parlamenti 2013-cü ildə öz nümayəndələrini Ermənistana göndərib. Qurum Gürcüstanda da seçkilərə nəzarət etməyi planlaşdırır.

Buradan belə nəticə çıxarmaq olar ki, Azərbaycan Cənubi Qafqazda demokratik standartlara cavab verən ilk ölkədir. Maraqlıdır ki, yüksək demokratik göstəriciyə malik Çili, Yaponiya, Argentina, Avstraliya, Norveç və ya İslandiya kimi ölkələrdə 2013-cü ildə seçki monitorinqləri keçirilməyib.

Ümid edirik ki, Avropa Parlamentinin bu qərarı , Azərbaycanın yeni obrazda inkişafı istiqamətində yardımçı olacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti