Ermənistan bir daha ifşa olundu

Ermənistan bir daha ifşa olundu
  12 İyul 2013    Oxunub:1345
Bu məsələ, Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İƏT Parlament Məclisi Baş Assambleyasının 41-ci plenar iclasında müzakirə mövzusu olub
Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 41-ci plenar iclasında Ermənistanın işğalçılıq siyasəti bir daha ifşa olunub. «Turizm iqtisadi inkişafın mühüm amili kimi: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda əməkdaşlıq» mövzusunda müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması ölkəmizdə turizmin sürətli inkişafına mane olur.

Buna baxmayaraq, Azərbaycanda bu sahə inkişaf etməkdədir. Amma işğal faktı turizm potensialından tam istifadə olunmasına imkan vermir. Asəf Hacıyev Ermənistanın işğalçı ölkə olduğunu digər dövlətlərin nümayəndələri tərəfindən də faktlarla sübut edildiyini vurğulayıb.

Buna misal kimi o, Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistan parlamentində çıxışını xatırladıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti