Səhiyyə Nazirliyi araşdırma aparır

Səhiyyə Nazirliyi araşdırma aparır
  12 İyul 2013    Oxunub:1131
Səhiyyə Nazirliyinin Qaynar xətt xidmətinə 354 müraciət daxil olub
AzVision.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə 2013-cü il iyun ayı ərzində 354 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 227-si (11-i əsaslı, 130-u isə əsassız, 86-sı cari problemlərlə bağlı şikayət), 14-ü - aidiyyəti üzrə deyil, 113-ü sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti