“Əminik ki, İlham Əliyevə səs verəcəklər”

“Əminik ki, İlham Əliyevə səs verəcəklər”
  12 İyul 2013    Oxunub:1124
Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır.
"YAP-ın namizədi Prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluq həddi 50 faizdən 6 faizə enib. Həyatımızın bütün sferalarında dinamik inkişaf həyata keçirilib. Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi dəyişikliklər ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir”.

AzVision.az-a Yeni Azərbaycan Partiyasının saytına istinadən xəbər verir ki, bu barədə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov partiyanın Göyçay rayon təşkilatının fəalları ilə görüşündə deyib.

YAP sədrinin müavini vurğulayıb ki, bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır.

"Bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər. Biz əminik ki, göyçaylılar hər zaman olduğu kimi, bu dəfəki seçkidə də Heydər Əliyevin siyasi xəttini müdafiə edərək cənab İlham Əliyevə səs verəcəklər".

AzVision.az



Teqlər:  





Xəbər lenti