Təsdiqləndi: at ətidir!

Təsdiqləndi: at ətidir!
  12 İyul 2013    Oxunub:1086
Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən “heyvan kəsim sexi”indən götürülən nümunənin müayinəsi başa çatdı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AzVision.az-a verilən məlumata görə, Baytarlıq Xidmətin iyulun 9-da keçirdiyi reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynal Zeynalova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz fəaliyyət göstərən "heyvan kəsim sexi"indən götürülən sinənin siqmental hissənin skeletinin hansı heyvana məxsus olmasını aydınlaşdırmaq məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Komissiyanın iştirakı ilə həmin skeletə orqonoleptik baxış keçirilmış və anatomik quruluşuna görə skeletin ata məxsus olduğu müəyyənləşdirilib.

Qabırğaların nazik, kənarlarının küt qövsvarı, uc hissəsinin sivri şəkildə olması nümunənin ata məxsusluğunun göstəricisidir.
Ərazi nəzarətdə saxlanılır. Faktla bağlı hüquq mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti