Qadınlar niyə xəyanət edir? – ELMİ CAVAB
Vazopressinin yaranması prosesini isə AVPRIA adlandırılan gen idarə edir.
Bu genin müəyyən `qüsurlu` modifikasiyaları var ki, əgər konkret bir qadın həmin modifikasiyanı daşıyırsa, onda öz ərilə münasibətləri zamanı vazopressin ifraz olunmur. Bu halda isə qadın ərinə sadiqlik borcu hiss etmir.
Maraqlısı odur ki, APRİA geninin həmin modifikasiya ana xəttilə (anadan qıza) ötürülür. Yəni təbii ki, həm atadan, həm də anadan bu gen övladlara keçir, amma məhz qızda AVPRİA geninin anadan keçən variantı işləyir. Bu isə o deməkdir ki, xəyanətə meyilli qadının qızı da o cür olacaq, ərinə qarşı sədaqət borcu hiss etməyəcək.
Başqa sözlə, “Anasına bax, qızını al”, “Anası çıxan ağacı qızı budaq-budaq gəzər” kimi atalar sözlərinin elmi əsası var.
Əlbəttə, xəyanətin xeyli başqa səbəbləri də mövcuddur, lakin onların çoxunun kökündə bu amil dayanır.
Digər ikinci dərəcəli səbəblərdən biri isə qadanın qazancıdır. Vaşinqton Universitetində aparılan araşdırma göstərmişdi ki, illik gəliri $75,000 olan qadınlar gəlir $30,000 olan qadınlara nisbətən ərlərinə 1.5 dəfə çox xəyanət edirlər. Başqa bir maraqlı statistika odur ki, kişilərin 62%-i, qadınların isə 46%-i kənar partnyor kimi iş yoldaşlarını seçirlər.
Tariyel
AzVision.az