Zakir Qaralov tapşırıqlarını verdi

Zakir Qaralov tapşırıqlarını verdi
  12 İyul 2013    Oxunub:1170
İyulun 12-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.


Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən şimal bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti