Prezident bayramlarını təbrik edib

Prezident bayramlarını təbrik edib
  12 İyul 2013    Oxunub:1068
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Monteneqro əlaqələri dinamik inkişaf yolundadır. Yüksək səviyyədə qarşılıqlı səfərlərimiz və ölkələrimiz arasındakı əməkdaşlığa dair imzalanan sənədlər bu inkişafa güclü təkan vermişdir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin bütün sahələrdə dərinləşməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

İlham Əliyev Filip Vuyanoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına isə daim sülh və tərəqqi arzulayıb.


Teqlər:  





Xəbər lenti