Bir nəfə uçqunun altında ölüb

Bir nəfə uçqunun altında ölüb
  13 İyul 2013    Oxunub:1068
İsmayıllıda torpaq uçqunu baş verib, bir nəfər dünyasını dəyişib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərində yeraltı su borusunun quraşdırılması zamanı baş verib.

İdarənin əməkdaşları eni 60 santimetr, dərinliyi 1.5 metr olan quyuda plastik boru kəmərini quraşdırarkən qəflətən quyunun yan divarları uçub.

İdarənin işçisi, İsmayıllı şəhər sakini 1974-cü il təvəllüdlü Mirzəliyev Elçin Qiyas oğlu uçqun zamanı torpağın altında qalıb. E.Mizrəliyev ağır vəziyyətdə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, dünyasını dəyişən Elçin Mirzəliyev 4 il idi ki, İsmayıllı rayon Su-Kanal İdarəsində çalışırdı.


Teqlər:  





Xəbər lenti