Ziya Məmmədov şikayətləri dinlədi

Ziya Məmmədov şikayətləri dinlədi
  13 İyul 2013    Oxunub:1220
Nəqliyyat naziri Ziya Məmmədov Qazaxda vətəndaşları qəbul edib.
Nazir Ziya Məmmədov Qazaxda vətəndaşları qəbul edərək onları şikayətlərini dinləyib.

Qəbulda Qazaxla yanaşı Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz və Ağstafa rayonundan olan vətəndaşlar iştirak edib.

Vətəndaşların qəbulu zamanı daha çox kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı kənd yollarının yararsız hala düşməsi, eləcə də bəzi ucqar kəndləri rayon mərkəzilə birləşdirən ucan körpülərin yenidən salınması və işə qəbulla bağlı müraciət edilib.

Vətəndaşların qaldırdığı bəzi məsələlər elə yerindəcə həllini tapıb.

Kənd yollarının abadlaşdırılması məsələsinə münasibət bildirən nazir bu istiqamətdə işlərin bundan sonra daha sürətlə aparılacağını bildirib. Digər məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.(apa)


Teqlər:





Xəbər lenti