ABŞ İsraili ittiham etdi

ABŞ İsraili ittiham etdi
  13 İyul 2013    Oxunub:1191
ABŞ rəsmiləri Suriyada yerləşən Rusiya raket anbarının məhv edilməsində İsrailin Hərbi Hava Qüvvələrini ittiham edib.
AzVision.az-ın CNN-ə istinadən məlumatına görə, mənbələrdə göstərilir ki, Rusiyanın gəmi əleyhinə “Yaxont” raketlərinin anbarına hücum Latakiyada iyulun 5-də baş verib. Nəticədə bir neçə hərbçi həlak olub. Lakin baş verən partlayışa görə heç kəs məsuliyyətli bilinməyib.

Adının açıqlanmasını istəməyən üç ABŞ rəsmisi bildirib ki, hədəf Rusiyanın “Yaxont” raketləri olub. Raketlərin məhv edilməsi isə İsrail tərəfindən edilə bilər, çünki ölkə bunu özü üçün böyük təhlükə hesab edir.

Qeyd edək ki, İsrail bu informasiyaya açıqlama verməkdən imtina edib. İsrailin yerli saytında isə ölkənin müdafiə naziri bu məlumatı təkzib edib.

AzVision.az


Teqlər:





Xəbər lenti