Obama ilə Putin Snoudeni müzakirə etdi

Obama ilə Putin Snoudeni müzakirə etdi
  13 İyul 2013    Oxunub:1246
ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Vladimir Putinlə keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenin vəziyyəti barədə telefon danışığı olub.
AzVision.az məlumat verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Snoudenin vəziyyəti barədə müzakirələrdən başqa, hər iki dövlət ikitərəfli əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə toxunub.

Qeyd edək ki, axtarışda olan Snouden hazırda Şeremetyevo aeroportunun tranzit zonasındadır. ABŞ hökuməti onun pasportunu ləğv etdiyi üçün o nə bilet ala, nə də Rusiya sərhədini keçə bilir. Kəşfiyyatçı 21 ölkəyə siyasi sığınacaqla bağlı müraciət etsə də, bir çox ölkə müraciətdən imtina edib. Daha sonra o altı ölkəyə müraciət edib. Rusiyada isə ona siyasi sığınacaq verilməsi barədə fikir ayrılıqları yaşanır. İnsan hüquqları üzrə prezident şurasının başçısı Mixail Fedotov hesab edir ki, Rusiya Snoudenə siyasi sığınacaq verməməlidir. Moskva Vəkillər Palatasının prezidenti Henri Reznik söyləyib ki, əgər Rusiya keçmiş kəşfiyyatçını siyasi sığınacaqla təmin etməsə, o bu qərardan məhkəməyə şikayət edə bilər.

Snouden ona yardım etməyə çalışan Rusiya və bir neçə Latın Amerikası ölkəsinə minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti