Gültəkin Hacıbəylinin əmlakına həbs

Gültəkin Hacıbəylinin əmlakına həbs
  13 İyul 2013    Oxunub:1442
Həbs qərarı artıq sabiq deputata təqdim edilib.
Nəsimi rayon məhkəməsi sabiq deputat Gültəkin Hacıbəylinin əmlakına həbs qoyması barədə qərar çıxarıb. "Azadlıq" qəzetinin məlumatına görə, hakim Səyyad Qafarinin sədrliyi ilə ilə keçirilən məhkəmə prosesində Gültəkin Hacıyevanın keçmiş qaynanası Məmmədova Nəhayət Vəli qızının şikayəti əsasında iddiaya baxılıb.

Keçmiş qaynanası Gültəkin Hacıbəylinin 2003-cü ildə ondan evini təmir etdirmək məqsədi ilə 50 min ABŞ dolları məbləğində borc aldığını və geri qaytarmadığını bildirib.

Buna görə də məhkəmə Gültəkin Hacıbəyliyə məxsus iki maşına və evə həbs qoyulması ilə bağlı qərar çıxarıb.

Qərar artıq sabiq deputata təqdim edilib. Gültəkin Hacıbəylinin vəkilləri Bəhruz Bayramov və Sahil Quliyev xəbəri təsdiqləyiblər.

Onlar bildiriblər ki, əslində məhkəmə bu il iyunun 28-də keçirilib və hakim Nəhayət Məmmədovanın iddiasını rədd edib. Vəkillər qərarla razılaşmadıqlarını da deyiblər.




Teqlər:  





Xəbər lenti