Ali məktəblərə qəbul imtahanı başladı

Ali məktəblərə qəbul imtahanı başladı
  14 İyul 2013    Oxunub:1377
İmtahan 3 saat ərzində aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçiriləcək. İmtahanların idarə olunması üçün 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2318 nəzarətçi-müəllim cəlb olunacaq.

III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini isə qızlar təşkil edir.

15622 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 10715 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. 179 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2423 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.
Bakı şəhərində 12246, Naxçıvanda 2014, Gəncədə 3567, Sumqayıtda 1717, Mingəçevirdə 1304, Şəkidə 1858, Ağcabədidə 1205, Göyçayda 1324, Şirvanda 1028, Lənkəranda 1703, Qubada isə 973 abituriyentin imtahan verir.


Teqlər:  





Xəbər lenti