Şahin Mustafayev vətəndaşları qəbul edib

Şahin Mustafayev vətəndaşları qəbul edib
  14 İyul 2013    Oxunub:1259
İqtisadi inkişaf naziri iyulun 13-də Xaçmaz rayon Mədəniyyət Mərkəzində Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda olan vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, işə qəbul, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılmış və bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Sahibkarlarla heyvandarlığın, toxumçuluğun və arıçılığın inkişafı üzrə layihələr də ətraflı müzakirə olunub və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilib.

Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə iqtisadi əvvəlcədən kütləvi informasiya vasitələrində müvafiq elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bununla yanaşı, vətəndaşların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq təşkili üçün İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri yaradılıb və vətəndaşların qəbul üçün müraciətləri bu bölmə vasitəsilə də qeydiyyata alınıb.

Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.


Teqlər:





Xəbər lenti