Nazir meymuna bənzədildi

Nazir meymuna bənzədildi
  15 İyul 2013    Oxunub:1235
İtaliya tarixində ilk qaradərili nazir Sesil Kyenge senator tərəfindən oranqutana bənzədilib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, inteqrasiya nazirini təhqir etdikdən sonra İtaliya senatoru Roberto Kalderoli üzr istəməyə məcbur edilib. Antiimmiqrasiya partiyasından olan Kalderoli Kyengeni ittiham edib. Onun sözlərinə görə, inteqrasiya naziri İtaliyaya qanunsuz immiqrantların axışına yardım edib.

Qeyd edək ki, Sesil Kyenge Konqo Demokratik Respublikasında doğulan İtaliya vətəndaşıdır.

“Mən heyvanları – ayı və canavarları çox sevirəm. Amma Kyengenin şəkillərinə baxanda oranqutanı xatırlayıram” – Kalderoli bildirib. O həmçinin söyləyib ki, Kyenge doğma ölkəsində nazir olmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti