Nazir müavini: “Yeni avadanlığın alınmasına ehtiyac yoxdur”

Nazir müavini: “Yeni avadanlığın alınmasına ehtiyac yoxdur”
  15 İyul 2013    Oxunub:1125
“Əhali arasında maarifləndirmə işləri aparılmalıdır”
““Azərspace-1 peyki üzrə yayımlanan telekanallara baxmaq üçün yeni avadanlıqların alınmasına ehtiyac yoxdur”.

AzVision.az-a açıqlamasında bu sözləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

“Dövlət kanalları iyulun 1-dən öz peykimizlə yayımlanmağa başladı. İnsanlar bilməlidir ki, “Azərspace-1” və “TürkSat3A” peyklərinin istiqamətləri başqadır. Buna görə həmin kanallar göstərməyə bilər. Sadəcə əhali evlərindəki peyk antenasının istiqamətini düzgün müəyyənləşdirməlidir. Yeni avadanlıq almalarına ehtiyac yoxdur. Bu istimamətdə əhali arasında maarifləndirmə işləri aparılmalıdır”-deyə, nazir müavini əlavə edib.

Qeyd edək ki, iyulun 1-də uzun müddətdi ki, “Türksat 3A” peyki üzərindən yayımlanan Azərbaycan telekanalları artıq öz peykimizdən yayımlarını davam etdirirlər.

Sevinc İLTIFATQIZI


Teqlər:  





Xəbər lenti