Sıfrı olan abituriyent ixtisas seçiminə buraxılırmı?

Sıfrı olan abituriyent ixtisas seçiminə buraxılırmı?
  15 İyul 2013    Oxunub:1315
“Bir fəndən 0 bal toplayan abituriyentin ixtisas seçiminə buraxılması, cavablar bəlli olduqdan sonra məlum olacaq”.
AzVision.az-a açıqlamasında bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə əgər abituriyent keçid balını keçibsə, lakin bir fəndən 0 bal toplayıbsa, ixtisas seçiminə buraxılırmı sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, indiki şərtlərlə hazırda bu mümkün deyil. “İndiki şərtlərə görə, bu mümkün deyil. Əgər hər hansı bir dəyişiklik olarsa, buna baxıla bilər. Bu isə yaxın 2-3 günə, yəni cavablar məlum olduqdan sonra bilinəcək”-deyə, E.Nağızadə qeyd edib.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir.

Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti