130 kq ərzaq məhv edilib

130 kq ərzaq məhv edilib
  15 İyul 2013    Oxunub:1130
İstehlaka yararsız məhsullar satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakının Səbail, Yasamal rayonlarında, eləcə də Abşeron və Ağdaş rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 130 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti